Gimnastlarımız Avropa Kubokunda 5 MEDAL QAZANDI

Gimnastlarımız Avropa Kubokunda 5 MEDAL QAZANDI

Hazırda oxunan: Gimnastlarımız Avropa Kubokunda 5 MEDAL QAZANDI
250119
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bədii gimnastika üzrə Azərbaycan komandası Bolqarıstanın Burqas şəhərində keçirilən Avropa kubokunda dörd gümüş və bir bürünc medal qazanıb. 

Bizim.Media xəbər verir ki, final günündə idmançılarımız üç dəfə fərqləniblər.

Yeniyetmələrin yarışında Fidan Qurbanlı gürzlərlə ikinci, Şəms Ağahüseynova isə lentlə eyni nəticəni göstərib.
 

Nəzrin Abdullayeva, Ayan Nəsirova, Nəzrin Salmanlı, Mədinə Abbaslı, Şəms Müvəffəqi və Nilufər Orucludan ibarət yeniyetmələr qrupu beş halqa ilə hərəkətdə bürünc medal qazanaraq fəxri kürsüyə yüksəlib. Bundan əvvəl onlar çoxnövçülükdə ikinci olublar.


Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan, Güllü Ağalarzadə, Kamilla Əliyeva və Sofiya Məmmədovadan ibarət böyüklər qrupu üç top və iki halqa ilə hərəkətdə gümüş medal qazanıb.

Rəşad Rafiqoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO