Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, N.Nərimanov küçəsində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 40kv.m. olan ikiotaqlı mənzilin bir otağının yanar konstruksiyaları 10 kv.m. sahədə yanıb. Yanğınsöndürənlər tərəfindən yanğın baş vermiş mənzildə həyatı təhlükədə qalmış 1 nəfər avtonərdivan vasitəsilə xilas olunub, bina sakinləri təxliyə edilib.
Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:33 / 14.05.2025
Sumqayıtda yaşayış binasında YANĞIN: Sakinlər təxliyə edildi - VİDEO
Hazırda oxunan: Sumqayıtda yaşayış binasında YANĞIN: Sakinlər təxliyə edildi - VİDEO
Hazırda oxunan: Sumqayıtda yaşayış binasında YANĞIN: Sakinlər təxliyə edildi - VİDEO
249245
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.