Döyülərək öldürülən Elgünün atası DANIŞDI - VİDEO

Döyülərək öldürülən Elgünün atası DANIŞDI - VİDEO

Hazırda oxunan: Döyülərək öldürülən Elgünün atası DANIŞDI - VİDEO

249192

Xəbər verdiyimiz kimi ötən gün axşam saatlarında Gəncə şəhərində küçədə döyülən 18 yaşlı Elgün İbrahimov bu gün xəstəxanada aldığı ağır kəllə-beyin travmasından vəfat edib.

Bizim.Media xəbər verir ki, hadisə ilə bağlı Elgünün atası Baku TV-yə danışıb.

Mərhumun atasının sözlərinə görə, oğlu döyülərək tanınmaz hala salınıb.

“Axşam bacım zəng edib ağlaya-ağlaya dedi ki, Elgünün başına iş gəlib, 3 nömrəli xəstəxanaya gəl. Həkimlərdən icazə alıb oğlumun yanına girdik. Uşağım tanınmaz halda idi. Universitetə hazırlaşırdı, bizim ümidimiz idi. Davakar uşaq deyildi, oxumağa meyilli, çox savadlı idi”, – deyə o bildirib.

Sözügedən videomaterialı təqdim edirik:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO