Azərbaycanın Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi

Azərbaycanın Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi

Hazırda oxunan: Azərbaycanın Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi
248717
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya və Avstriya opera müğənnisi Anna Netrebko axtarışa verilib.

Bizim.Media xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat verib.
 

Məlumata görə, məşhuru axtaran məhkəmə icraçıları onun Sankt-Peterburqdakı mənzilinə kommunal işçilərinin buraxılmasını tələb edirlər.


Kommunal xidmət işçiləri müğənninin Soyuz Peçatnikov küçəsindəki mənzilinə girməyi planlaşdırırlar. Onlar evdə qeyri-qanuni tikinti prosesinin icra edilib-edilmədiyini yoxlamaq niyyətindədirlər.

Qeyd edilir ki, Sankt-Peterburqun Admiralteysk rayonu administrasiyası iki ilə yaxın idi bu qərarın qəbuluna nail olmağa çalışırdı.

Netrebko məhkəmənin tələbini yerinə yetirməyəcəyi halda hər ay 20 min rubl (400 manatdan çox) məbləğində cərimə tətbiq olunacaq.

Qeyd edək ki, Anna Netrebko Azərbaycanın Xalq artisti Yusif Eyvazovun keçmiş həyat yoldaşıdır. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO