Paltaryuyan maşından gələn statik elektrik, geyimlərin bir-birinə yapışmasına, həmçinin bəzi materialların vaxtından əvvəl zədələnməsinə səbəb ola bilər. Bu problemi həll etməyin sadə, lakin təsirli üsulu ortaya çıxıb.
Bizim.Media xəbər verir ki, alüminium folqadan hazırlanan kiçik şarları paltarla birlikdə maşına atmaq statik elektrik yığılmasının qarşısını alır. Bunun sayəsində paltarlar daha yumşaq olur, bir-birinə yapışmır və daha təmiz görünür.
Bu üsul həmçinin paltar yumşaldıcılarının istifadəsini azaltmağa imkan verir. Mütəxəssislər bildirirlər ki, təxminən tennis topu ölçüsündə üç ədəd folqa şarından istifadə etmək kifayət edir.
Şarlar bir neçə yuma dövründə effektivliyini qoruyur və əvəzolunması üçün yenidən sadəcə folqadan yenilərini düzəltmək kifayətdir.
Təhlükəsiz və qənaətcil olan bu üsul getdikcə daha çox insan tərəfindən sınanır və gündəlik həyatın faydalı "hiyləsi" kimi paylaşılır. (Milli.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:46 / 06.05.2025
Paltaryuyana bunu qoyun - Olanlara inanmayacaqsız
Hazırda oxunan: Paltaryuyana bunu qoyun - Olanlara inanmayacaqsız
Hazırda oxunan: Paltaryuyana bunu qoyun - Olanlara inanmayacaqsız
247865
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.