Sarkisyan Xocavənddə hərbçilərə daha çox ərazi tutmaq tapşırığı verirdi - MƏHKƏMƏ/FOTO

Sarkisyan Xocavənddə hərbçilərə daha çox ərazi tutmaq tapşırığı verirdi - MƏHKƏMƏ/FOTO

Hazırda oxunan: Sarkisyan Xocavənddə hərbçilərə daha çox ərazi tutmaq tapşırığı verirdi - MƏHKƏMƏ/FOTO
247809
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi bu gün Ermənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesi davam etidirilib.

Bizim.Media xəbər verir ki, məhkəmədə əvvəlcə Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi ilə bağlı daha bir videomaterial tədqiq olunub.
 

1993-cü ilin aprelində ermənilər tərəfindən çəkilmiş videogörüntülərdə Azərbaycanın həmin vaxt Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Xocavənd rayonunda Ermənistan ordusunun bir qrup hərbçisi, o cümlədən Serj Sarkisyan (2008-2018-ci illərdə Ermənistan prezidenti) və hazırda məhkəmədə mühakimə olunan Davit İşxanyan görünür.


Erməni dilindəki videomaterialın tərcüməçi vasitəsilə tədqiqi zamanı məlum olub ki, Serj Sarkisyan hərbi bölmələri yoxlamağa gəlibmiş.

Videogörüntülərdə Monte Melkonyan S.Sarkisyana məruzə edir. S.Sarkisyan ona “Söhbət bu dəqiqə atəşi dayandırmaqdan yox, hücum əməliyyatlarından və daha çox ərazi tutmaqdan gedir” deyə bildirir.

Videomaterialda sonra əraziyə baxış keçirilir, S.Sarkisyan həmin vaxt 28-ci Xocavənd taborunun komandiri D.İşxanyanla söhbət edir. D.İşxanyan ona Ağdamın və rayonun Abdal Gülablı istiqamətindəki döyüş əməliyyatı, əməliyyat şəraiti barədə məlumat verir.

Videogörüntülərdə daha sonra qoşunların təminatı barədə danışılır. Sonra isə Serj Sarkisyan əsgərlərlə bir qədər söhbət edir.

Sarkisyan Xocavənddə hərbçilərə daha çox ərazi tutmaq tapşırığı verirdi - MƏHKƏMƏ/FOTO - foto 1
Sarkisyan Xocavənddə hərbçilərə daha çox ərazi tutmaq tapşırığı verirdi - MƏHKƏMƏ/FOTO - foto 2
Sarkisyan Xocavənddə hərbçilərə daha çox ərazi tutmaq tapşırığı verirdi - MƏHKƏMƏ/FOTO - foto 3


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO