İlham Əliyev Məsud Pezeşkianı belə qarşıladı – FOTO/VİDEO

İlham Əliyev Məsud Pezeşkianı belə qarşıladı – FOTO/VİDEO

Hazırda oxunan: İlham Əliyev Məsud Pezeşkianı belə qarşıladı – FOTO/VİDEO

246469

Bu gün Azərbaycan Respublikasına rəsmi səfərə gələn İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub.

Bizim.Media xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda İran Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianı qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi İran Prezidentinə raport verib.

Prezident İlham Əliyev və Prezident Məsud Pezeşkian fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

İran Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

İran və Azərbaycanın dövlət himnləri səslənib.
 

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Məsud Pezeşkiana, İran nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.


Prezidentlər rəsmi foto çəkdiriblər.
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO