Şamaxıda şagirdləri daşıyan mikroavtobus AŞDI- 7 məktəbli xəstəxanalıq oldu

Şamaxıda şagirdləri daşıyan mikroavtobus AŞDI- 7 məktəbli xəstəxanalıq oldu

Hazırda oxunan: Şamaxıda şagirdləri daşıyan mikroavtobus AŞDI- 7 məktəbli xəstəxanalıq oldu

246146

Ötən gün axşam saatlarında Şamaxı rayonunun Hacıqədirli kəndi ərazisində  “Mercedes” markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə nəticəsində mikroavtobusdakı sərnişinlərdən 5-i oğlan , 2-si isə qız olmaqla 7 nəfər xəstəxanaya müraciət edib. Həmin şəxslərin ikisində sınıq, digərlərində isə yüngül  sıyrıq xəsarətləri qeydə alınıb. Qeyd edək ki, xəsarət alan şəxslər Ağsu rayon Padarqışlaq kənd məktəbinin şagirdləri olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki,  yol- nəqliyyat hadisəsi ilə bağlı Şamaxı Rayon Polis Şöbəsində istintaq araşdırmaları aparılır.

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO