Çin ABŞ-dan idxal edilən bəzi yarımkeçiricilərə tətbiq edilən 125% rüsumu aradan qaldırıb.
Bizim.Media xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Belə ki, idxalla məşğul olan şirkətlər bu barədə aprelin 24-də məlumat alıblar. Nəşrin həmsöhbətləri qeyd ediblər ki, yaddaş çipləri istisna olmaqla əksər yarımkeçiriciləri əhatə edən səkkiz növ inteqral sxem üzrə tariflər sıfıra endirilib.
Lakin Çin hakimiyyət orqanlarından hələlik rəsmi açıqlama verilməyib.
Xatırladaq ki, Çin Trampın 145 faizlik rüsumlarına cavab olaraq, ABŞ mallarına 125 faizlik tarif tətbiq etmişdi.
Bizim.Media