London danışıqlarına Ukrayna nümayəndə heyəti də QATILACAQ

London danışıqlarına Ukrayna nümayəndə heyəti də QATILACAQ

Hazırda oxunan: London danışıqlarına Ukrayna nümayəndə heyəti də QATILACAQ

245173

Ukrayna nümayəndə heyəti gələn həftə Londonda keçiriləcək danışıqlarda iştirak edəcək.

Bizim.Media “UNİAN” agentliyinə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenskinin ofisinin rəhbərinin müşaviri Sergey Leşşenko təsdiqləyib.

İclasda ABŞ və Avropa ölkələrindən olan nümayəndələrin Ukraynada mümkün atəşkəs məsələsini müzakirə edəcəyi gözlənilir.

O xatırladıb ki, aprelin 17-də Parisdə baş tutan görüşdə Ukraynanı Prezident Ofisinin rəhbəri Andrey Yermak, xarici işlər naziri Andrey Sibiqa və müdafiə naziri Rustem Umerov təmsil ediblər.

“Qrupumuz iştirak edəcək. Mən heyəti açıqlamayacağam. Lazım gələrsə, tərkibə düzəlişlər ediləcək, lakin Ukrayna bu danışıqlarda mütləq iştirak edəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO