Biləsuvarda saxta araqlar aşkarlandı – FOTO

Biləsuvarda saxta araqlar aşkarlandı – FOTO

Hazırda oxunan: Biləsuvarda saxta araqlar aşkarlandı – FOTO
244441
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Biləsuvar rayonunda yerləşən topdan satış obyektində saxtalaşdırma əlamətləri olan alkoqollu içkilər aşkarlanıb.

Bu barədə Bizim.Media-nın yerli bürosuna Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) məlumat verilib.

Qurumun Şirvan-Salyan Regional Bölməsi tərəfindən Heydər Əliyev prospektində, vətəndaş müraciəti əsasında plandankənar yoxlama həyata keçirilib.

Yoxlama zamanı Nağıyev Samir Nizami oğluna məxsus topdan satış obyektinin anbar hissəsində ümumilikdə 270 ədəd saxtalaşdırma əlaməti daşıyan alkoqollu içki məhsulu aşkar edilib. Müəyyən olunub ki, bu məhsullar normalara uyğun istehsal edilmiş içkilərin eyni marka adı ilə saxtalaşdırılıb.

Faktla bağlı obyektin məsul şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib olunub. Aşkarlanmış məhsullar müvafiq qaydada saxlanca götürülüb, nümunələr isə laborator analiz üçün aidiyyəti üzrə göndərilib. Analizlərin nəticələrinə əsasən qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Biləsuvarda saxta araqlar aşkarlandı – FOTO - foto 1
Biləsuvarda saxta araqlar aşkarlandı – FOTO - foto 2


Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO