"Barselona"nın futbolçusu Rafinya komandanın sabiq üzvü Lionel Messinin Çempionlar Liqasında 13 il əvvəlki performansını təkrarlayıb.
Bizim.Media xəbər verir ki, Rafinya bu mövsüm ÇL-də 12 qol vurub və 7 məhsuldar ötürmə edib.
Kataloniya klubunda son olaraq belə göstəriciyə 2011/2012 mövsümündə Messi imza atmışdı.
O, həmin mövsüm 14 qol vurub və 5 məhsuldar ötürmə edib. Yəni Messi 19 qolun vurulmasında yaxından iştirak edib.
Qeyd edək ki, Çempionlar Liqasında bir mövsümdə ən çox qol vuran futbolçu Kriştiano Ronaldo olub. O, 2013/2014 mövsümündə 17 dəfə frəqib qapısına yol tapıb.
Bizim.Media

- A-
- A
- A+
İdman
20:30 / 10.04.2025
Rafinya Messinin 13 il əvvəlki uğurunu TƏKRARLADI
Hazırda oxunan: Rafinya Messinin 13 il əvvəlki uğurunu TƏKRARLADI
Hazırda oxunan: Rafinya Messinin 13 il əvvəlki uğurunu TƏKRARLADI
243451
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.