Azərbaycanda 4 gün komada qalan qadın sağlam körpə dünyaya gətirdi – FOTO

Azərbaycanda 4 gün komada qalan qadın sağlam körpə dünyaya gətirdi – FOTO

Hazırda oxunan: Azərbaycanda 4 gün komada qalan qadın sağlam körpə dünyaya gətirdi – FOTO

243350

Azərbaycanda dörd gün Kliniki Tibbi Mərkəzin (KTM) Doğum-Reanimasiya şöbəsində komada qalan hamilə pasiyent sağlam körpə dünyaya gətirib.

Bu barədə Bizim.Media-ya KTM-dən məlumat verilib.

Bildirilib ki, ötən il oktyabrın 11-də 27 yaşlı hamilə qadın qıcolma sindromu ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Daha sonra KTM-in Ginekologiya şöbəsində hamiləliyin izlənməsi və müalicəsi üçün müayinələr başlayıb.

07.04.2025-ci il tarixində və hamiləliyin 39-cu həftəsində mama-ginekoloq Şölə Səfərova qeysəriyyə kəsiyi əməliyyatı icra edib.

Çəkisi 3990 qram, boyu 52 sm olan sağlam körpə (kişi) dünyaya gəlib.

Zəruri müayinələrdən sonra ana və körpənin səhhəti yaxşı vəziyyətdə evə buraxılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO