Azərbaycanda şərab satışından 17,7 milyon manat gəlir əldə edilib - FOTO

Azərbaycanda şərab satışından 17,7 milyon manat gəlir əldə edilib - FOTO

Hazırda oxunan: Azərbaycanda şərab satışından 17,7 milyon manat gəlir əldə edilib - FOTO

243345

Son 5 ildə şərabın pərakəndə satışı ilə bağlı ən yüksək göstərici 2023-cü ildə qeydə alınıb.

Bizim.Media xəbər verir ki, həmin il satışdan 17 711 100 manat (17,7 milyon manat) gəlir əldə edilib.

2023-cü ildə şərabın satışında 38,5% və ya 4 927 000 manat (4,9 milyon manat) artım qeydə alınıb.

2024-cü ildə isə şərabın pərakəndə ticarət dövriyyəsi 2023-cü ilə nisbətən 6,3% və ya 1 122 400 manat (1,1 milyon manat) azalaraq 16 588 700 manat (16,6 milyon manat) təşkil edib.

Qeyd edək ki, şampan şərabının pərakəndə satış göstəricilərində şərabın pərakəndə satış göstəricilərindən fərqli olaraq, son 5 ilin hər birində artım müşahidə edilib.

Şampan şərabının pərakəndə satışı üzrə ən yüksək artım 2022-ci ildə 71,8% və ya 1 140 800 manat (1,4 milyon manat) olaraq qeydə alınıb. 2024-cü ildə isə şampan şərabının pərakəndə satışı 2023-cü il ilə müqayisədə 1,6% və ya 50 100 manat (50,1 min manat) artıb. (Təhlil.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO