“Gec-tez yeni pandemiya baş verəcək və bu, nəzəri risk deyil, epidemioloji əminlikdir”.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Hökumətlərarası Danışıqlar Orqanının (INB) 13-cü sessiyasının açılışında çıxışı zamanı deyib.
O, dünyada COVID-19 pandemiyasının ağır nəticələrini xatırladıb və növbəti pandemiyanın özünü çox gözlətməyəcəyini bildirib.
ÜST rəhbəri, yeni bir pandemiyanın 20 il sonra, yaxud sabah da baş verə biləcəyini vurğulayıb:
“Ancaq bu baş verəcək və hər halda biz buna hazır olmalıyıq. COVID-19 rəsmi olaraq 7 milyon insanın ölümünə səbəb oldu, lakin biz həqiqi rəqəmin 20 milyon olduğunu təxmin edirik. İnsan ölümlərinə əlavə olaraq, pandemiya qlobal iqtisadiyyata 10 trilyon dollardan çox ziyan vurdu”, - Qebreyesus əlavə edib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:47 / 08.04.2025
ÜST-dən yeni pandemiya XƏBƏRDARLIĞI
Hazırda oxunan: ÜST-dən yeni pandemiya XƏBƏRDARLIĞI
Hazırda oxunan: ÜST-dən yeni pandemiya XƏBƏRDARLIĞI
242942
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.