Ankaralıların suya olan tələbatını təmin edən su anbarlarının tutumu 2025-ci ilin mart ayının sonunadək 26,68 faizə enib.
Bizim.Media Axar.az -a istinadla xəbər verir ki, bu barədə Ankaranın Su Təsərrüfatı və Kanalizasiya Baş İdarəsi (ASKİ) məlumat yayıb.
Bildirilir ki, buxarlanma və suvarma nəzərə alınmaqla anbarlarda mövcud suyun həcmi Türkiyə paytaxtının cəmi altı aylıq ehtiyacını ödəməyə kifayət edəcək.
“Ankaranı təmin edən su anbarlarında 1 milyard 585 milyon kubmetrdən çox su toplana bilər, halbuki martın 28-də bu rəqəm 423 milyon kubmetrdən bir qədər çox idi”, - deyən ASKİ-nin nümayəndəsi şəhərin suya tələbatının gündəlik orta hesabla 1,35 milyon kubmetr olduğunu qeyd edib.
Müqayisə üçün qeyd edək ki, 2024-cü il martın 28-də Ankara bölgəsində su anbarları demək olar ki, 48 faiz dolu olub.
Bizim.Media

- A-
- A
- A+
Dünya
23:06 / 29.03.2025
Ankarada su qıtlığı: Cəmi altı aylıq ehtiyacı ödəyəcək
Hazırda oxunan: Ankarada su qıtlığı: Cəmi altı aylıq ehtiyacı ödəyəcək
Hazırda oxunan: Ankarada su qıtlığı: Cəmi altı aylıq ehtiyacı ödəyəcək
241515
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.