Elm adamları Namibiya səhra qayalarında naməlum həyat forması tapıblar.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, tədqiqatçılar apardıqları araşdırmalar nəticəsində Cənubi Afrika və Ərəbistan yarımadasındakı səhralarda qayalıqlarda kiçik strukturların tapıldığını açıqlayıblar. Kiçik yuvaların içərisində və ətrafında bioloji material aşkar edən alimlər bu qeyri-adi birləşmələrin geoloji proses deyil, naməlum sirli bir həyat forması tərəfindən əmələ gəldiyinə əmin olduqlarını bildiriblər.
"Bizi təəccübləndirdik ki, bu borular açıq şəkildə geoloji prosesin nəticəsi deyil. Hal-hazırda biz bilmirik ki, bu, nəsli kəsilmiş bir həyat formasıdır, yoxsa hələ də haradasa yaşayan bir canlı formasıdır", - mikronestlərlə bağlı yeni tədqiqatın ilk müəllifi professor Cees Passchier deyib.
Aygün Hüseyn, Bizim.Media

- A-
- A
- A+
Dünya
10:51 / 27.03.2025
Səhra qayalarında naməlum həyat forması TAPILDI
Hazırda oxunan: Səhra qayalarında naməlum həyat forması TAPILDI
Hazırda oxunan: Səhra qayalarında naməlum həyat forması TAPILDI
241162
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.