Kivi sevənlərin NƏZƏRİNƏ – Gündə iki dənədən çox yesəniz...

Kivi sevənlərin NƏZƏRİNƏ – Gündə iki dənədən çox yesəniz...

Hazırda oxunan: Kivi sevənlərin NƏZƏRİNƏ – Gündə iki dənədən çox yesəniz...

238285

“Kivi turşuluğun artmasına və mədə-bağırsaq problemlərinə səbəb ola bilər”.

Bizim.Media xəbər verir ki, bu barədə tibb elmləri namizədi və dietoloq Andrey Bobrovski “Radio-1” ə açıqlamasında məlumat verib.

“Kivi vitamin və polifenol baxımından ən zəngin meyvələrdən biridir və güclü antioksidant təsirə malikdir. Lakin düşünmədən və həddindən artıq istehlak edildikdə təhlükəli ola bilər:

“Əvvəla, bu meyvə allergiyaya səbəb ola bilər. Təəssüf ki, allegriyası olan insanlar üçün kiçik bir parça kivi belə kifayətdir ki, onlar özlərini pis hiss etsinlər. İkincisi, kivinin bədəndə turşuluğun artmasına səbəb olan bir məhsul olduğunu xatırlamaq lazımdır. Əgər həzm probleminiz və ya qastritiniz varsa, diqqətli olmalısınız”.

O əlavə edib ki, kivi turşuluğuna görə diş minasını da zədələyə bilər.

“Həddindən artıq kivi istehlakı həzm narahatlığına səbəb ola bilər. Bu son dərəcə faydalı məhsul gündə təxminən iki və ya üç ədəd istehlak edilə bilər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO