Sebastyan Fettel Formula 1 Azərbaycan Qran-Prisində \

Sebastyan Fettel Formula 1 Azərbaycan Qran-Prisində \"Günün sürücüsü\" seçildi

Hazırda oxunan: Sebastyan Fettel Formula 1 Azərbaycan Qran-Prisində \"Günün sürücüsü\" seçildi

23795

Sebastyan Fettel Formula 1 Azərbaycan Qran-Prisində "Günün sürücüsü" seçilib.

Bizim.Media xəbər verir ki, Formula 1-in rəsmi saytında azarkeşlər arasında təşkil olunan sorğuda "Aston Martin" komandasının almaniyalı pilotu bütün rəqiblərini qabaqlayaraq bu ada sahib olub.

Sıralanma turunu 11-ci pillədə başa vuran S.Fettel əsas yarışda ikinci olaraq komandasına Formula 1-də ilk podium qazandırıb.

Qeyd edək ki, Bakıda Formula 1 Azərbaycan Qran-Prisi “Red Bull Racing Honda” komandasının meksikalı pilotu Serxio Peresin qələbəsi ilə başa çatıb.

S.Peres Bakı şəhər halqasında 51 dövrəni hamıdan tez (1:44.703) başa vuraraq podiumda birinci pillənin sahibi olub. İkinci yeri “Aston Martin” komandasının almaniyalı sürücüsü Sebastyan Fettel (1:45.138) qərarlaşıb. “AlphaTauri” komandasının fransalı sürücüsü Pyer

Qasli (1:45.588) isə yarışı üçüncü sırada tamamlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO