Lənkəranda yük maşını çaya aşdı, sürücü xəsarət aldı - FOTO

Lənkəranda yük maşını çaya aşdı, sürücü xəsarət aldı - FOTO

Hazırda oxunan: Lənkəranda yük maşını çaya aşdı, sürücü xəsarət aldı - FOTO
237220
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Lənkəranda yük avtomobilinin idarəetmədən çıxaraq çaya düşməsi nəticəsində sürücü ağır xəsarət alıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Girdəni-Havzava kənd yolunda, Girdəni kəndi ərazisində baş verib.

Lənkəran rayonunun Göyşaban kənd sakini, 2005-ci il təvəllüdlü Pərviz Fariz oğlu Abdullazadə idarə etdiyi "Ford Transit" markalı yük maşını ilə hərəkətdə olarkən nəqliyyat vasitəsi sürüşərək təxminən 20 metr hündürlükdən çaya düşüb.

Sürücü dərhal xəstəxanaya çatdırılıb. Həkimlər onun kəllə-beyin travması aldığını və alın nahiyəsində sıyrılmış, didilmiş yaralar olduğunu bildiriblər. İlkin tibbi yardımdan sonra xəstə reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisə yerində olan kənd sakinlərinin sözlərinə görə, qəzanın əsas səbəbi yolun dar olması və torpaq qatının dağılmasıdır.

Bildirilir ki, həmin ərazidə yolun eni cəmi 3,5 metrdir və qarın yaratdığı sürüşkənlik qəzaya səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Lənkəranda yük maşını çaya aşdı, sürücü xəsarət aldı - FOTO - foto 1

Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO