Rusiya-Ukrayna müharibəsində iştirak edən azərbaycanlı İTKİN DÜŞDÜ - FOTO

Rusiya-Ukrayna müharibəsində iştirak edən azərbaycanlı İTKİN DÜŞDÜ - FOTO

Hazırda oxunan: Rusiya-Ukrayna müharibəsində iştirak edən azərbaycanlı İTKİN DÜŞDÜ - FOTO
236926
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya-Ukrayna müharibəsində iştirak edən azərbaycanlı Elvin Nuriyev itkin düşüb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, onun sonuncu dəfə Kursk vilayətində gedən döyüşlərdə olduğu bildirilir.
 

Ailəsinin verdiyi məlumata görə, sonuncu dəfə yanvarın 20-də PUA hücumu nəticəsində onların mövqeyində ağır itkilər olub. Həmin gündən sonra Elvinlə əlaqə tamamilə kəsilib.


Əslən Lənkərandan olan 1989-cu il təvəllüdlü Elvin Əlimusa oğlu Nuriyev sonradan ailəsi ilə Biləsuvarın Xırmandalı kəndinə köçərək burada yaşayıb. On il əvvəl Rusiya Federasiyasına gedib və Tabolsk şəhərində məskunlaşıb. Rusiya vətəndaşlığını aldıqdan üç ay sonra müharibəyə aparılıb.

O, ailəlidir və iki övladı var. Ailəsi onun taleyi ilə bağlı hər hansı bir məlumat əldə etmək üçün axtarışlarını davam etdirir.

Rusiya-Ukrayna müharibəsində iştirak edən azərbaycanlı İTKİN DÜŞDÜ - FOTO - foto 1
Rusiya-Ukrayna müharibəsində iştirak edən azərbaycanlı İTKİN DÜŞDÜ - FOTO - foto 2


Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO