Ən çox təhsil krediti alan universitetin adı AÇIQLANDI

Ən çox təhsil krediti alan universitetin adı AÇIQLANDI

Hazırda oxunan: Ən çox təhsil krediti alan universitetin adı AÇIQLANDI
235950
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ötən il ərzində ən çox təhsil krediti alan universitetlər arasında Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) birinci yerdədir.

Bizim.Media xəbər verir ki, bu barədə “trend.az”a Təhsil Tələbə Krediti Fondundan məlumat verilib.
 

Bildirilib ki, təhsil tələbə kreditləri respublikamızın ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki peşə təhsili səviyyəsində əyani və ödənişli əsaslarla təhsil alan tələbələr üçün nəzərdə tutulub:


"Təhsil Tələbə Krediti Fondunun məlumatına görə, ötən il ərzində ən çox təhsil krediti alan universitetlər arasında Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) birinci yerdədir. Daha sonra Gəncə Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Kooperasiya Universiteti gəlir".

"Nəzərinizə çatdıraq ki, hal-hazırda 2024/2025-ci tədris ilinin yaz semestri üzrə təhsil tələbə kreditlərinə müraciət prosesi başlamışdır. Müraciətlərin qəbulu semestr sonuna kimi davam edəcəkdir",- məlumatda qeyd edilib.

Xatırladaq ki, statistikaya əsasən, Fond fəaliyyətə başladığı gündən etibarən bugünkü günə qədər Fonda məxsus elektron portala 62290 müraciət daxil olmuş, 48000 təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilmişdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO