Putinlə Trampın söhbətinin DETALLARI: Görüşlə bağlı köməkçilərinə tapşırıq veriblər

Putinlə Trampın söhbətinin DETALLARI: Görüşlə bağlı köməkçilərinə tapşırıq veriblər

Hazırda oxunan: Putinlə Trampın söhbətinin DETALLARI: Görüşlə bağlı köməkçilərinə tapşırıq veriblər
234584
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp dünənki telefon danışığının gedişində təmasların davam etdirilməsi və ayrıca görüşün təşkil olunması ilə bağlı razılığa gəliblər.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
 

O bildirib ki, liderlərin köməkçilərinə görüşün hazırlıq işlərinə başlamaları tapşırılıb.


Kreml rəsmisindən Trampın gələcək görüşün Səudiyyə Ərəbistanında keçəcəyi ilə bağlı sözlərini şərh etməsi istənilib. Peskov bununla bağlı hələ detallı müzakirələrin aparılmalı olduğunu bildirib.

“Prezidentlər razılaşdılar ki, müvafiq köməkçilərə dərhal tapşırıqlar veriləcək və onlar lazımi hazırlıq işlərinə başlayacaqlar. Hazırda bu proses sürətlə işə düşəcək. Görüşün detalları ilə bağlı qərarları gözləmək lazımdır”, – Rusiya prezidentinin mətbuat katibi vurğulayıb.

Telefon danışığının prezidentlərdən hansının təşəbbüsü ilə baş tutduğu sualını isə Peskov şərh etməkdən imtina edib.

Qeyd edək ki, Rusiya və ABŞ liderləri arasında telefon danışığı ötən gün axşam saatlarında baş tutub və bir saat yarım davam edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO