“Nəsə işlərimiz düz getmir” - Qurban Qurbanov

“Nəsə işlərimiz düz getmir” - Qurban Qurbanov

Hazırda oxunan: “Nəsə işlərimiz düz getmir” - Qurban Qurbanov
232928
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, “Qarabağ” Azərbaycan Premyer Liqasının 21-ci turunda səfərdə “Zirə”yə 2:3 hesabı ilə məğlub olub.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- “Zirə”ni, Rəşad Sadıqovu təbrik edirəm. Çox yaxşı, baxımlı oyun oldu. Nəsə işlərimiz düz getmir. Amma mən bunu normal qarşılayıram. Biz geri dönəcəyik. Komandanı hər oyuna tam istədiyimiz kimi hazırlaya bilmirik. 3-4 gündən bir oyunlarımız olur. Bəzi futbolçular çoxdandır oynamırdı, bu gün 90 dəqiqə meydanda oldular. Səhvlərimiz var. Bunu danmırıq. “Zirə” layiqli qələbə qazandı. Qarşıdakı oyunlara hazırlaşacağıq.

- Bu gün beş əvəzetmə etdiniz. Oyunun gedişatı sizi qane etmirdi?

- Həm oyunun gedişatına görə idi, həm də bəzi oyunçuların hazırlığı istədiyimiz səviyyədə deyil. Bu gün əslində Benzia ilə Zubiri meydana buraxmaq istəməzdim. Onların istirahətə daha çox ehtiyacı var. Futbolda belə hallar olur.

- “Qarabağ”ın ard-arda bu qədər məğlubiyyətlərini xatırlamırıq. Bunun səbəbi nədir?

- Çatışmayan cəhətlər var, yəqin səhvlərimiz çoxdur. İnşallah qayıdacağıq.

- Benzianın ayrılacağı ilə bağlı xəbərlər var. Bunlar nə dərəcədə realdır?

- Doğru deyil, Benzia komandadadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO