Ələt-Astara yolunda qəza oldu, 2 nəfər öldü, 3 yaralı var - FOTO

Ələt-Astara yolunda qəza oldu, 2 nəfər öldü, 3 yaralı var - FOTO

Hazırda oxunan: Ələt-Astara yolunda qəza oldu, 2 nəfər öldü, 3 yaralı var - FOTO
232179
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün axşam saatlarında köhnə Ələt-Astara magistralının Salyan rayonunun Şorsulu qəsəbəsindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, "Niva" markalı avtomobillə Vaz-2106 markalı avtomobilin toqquşması nəticəsində iki nəfər həyatını itirib, üç nəfər isə yaralanıb. 
 

Hadisə zamanı VAZ-da olan üç sərnişindən ikisi - Biləsuvar rayon sakini Qurbanov Mübaşir və Salyan rayon sakini Əhmədov Mustafa oğlu aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər. "Niva" markalı avtomobildə olan iki sərnişindən biri də ağır yaralanıb.


Qəzada yaralanan Zeynalov Samid Eldəniz oğlu və Quliyev Cəlal Ceyhun oğlu isə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Məlumata görə, VAZ avtomobilində olan şəxslər 3 saylı meşə təsərrüfatının işçiləri olub və Bakıdan qayıdırmışlar. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Fotoda Qurbanov Mübaşir.

Ələt-Astara yolunda qəza oldu, 2 nəfər öldü, 3 yaralı var - FOTO - foto 1

Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO