Azərbaycanla Türkiyə arasında hərbi-təhsil sahələrində əməkdaşlıq müzakirə edildi - FOTO

Azərbaycanla Türkiyə arasında hərbi-təhsil sahələrində əməkdaşlıq müzakirə edildi - FOTO

Hazırda oxunan: Azərbaycanla Türkiyə arasında hərbi-təhsil sahələrində əməkdaşlıq müzakirə edildi - FOTO
231678
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyədə səfərdə olan Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev bu ölkənin Silahlı Qüvvələrinin Baş qərargah rəisi ordu generalı Metin Gürak ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, Metin Gürakla görüşdə nazir müavini Azərbaycan-Türkiyə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin hərbi əməkdaşlığımızın inkişafına göstərdiyi müsbət təsiri xüsusi qeyd edib, icra olunan birgə fəaliyyətlərin bundan sonra da genişləndiriləcəyinə əmin olduğunu bildirib.

Göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlıq bildirən general-polkovnik səfər çərçivəsində keçirdiyi görüşlərlə bağlı xoş təəssüratlarını çatdırıb.

Görüşdə tərəflər hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran mövzulara dair geniş fikir mübadiləsi aparıblar.

Azərbaycanla Türkiyə arasında hərbi-təhsil sahələrində əməkdaşlıq müzakirə edildi - FOTO - foto 1
Azərbaycanla Türkiyə arasında hərbi-təhsil sahələrində əməkdaşlıq müzakirə edildi - FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO