Cəriməni buradan ödəyənlərə 40 % endirim edilir? - RƏSMİ AÇIQLAMA

Cəriməni buradan ödəyənlərə 40 % endirim edilir? - RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Cəriməni buradan ödəyənlərə 40 % endirim edilir? - RƏSMİ AÇIQLAMA

230501

Son zamanlar vətəndaşlara cərimə borcları ilə bağlı endirim kampaniyaları vədi verən saxta səhifələrin reklamı sosial şəbəkələrdə geniş yayılır.

 

Sfera.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

 

Qeyd edilib ki, onlardan biri də “asancerime.com” səhifəsidir.

 

Yol polisi vətəndaşları bu səhifələrlə bağlı xəbərdar edib: “Vətəndaşlarımızdan belə səhifələrə etibar etməməyi, şəxsi və bank kartları məlumatlarını bu cür səhifələrlə paylaşmamağı xahiş edirik. Bu cür səhifələrin dövlətimizlə və rəsmi qurumlarla heç bir əlaqəsi yoxdur. Qeyd olunan səhifə ABŞ-də yaradılıb”.

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO