Tacikistandakı səfirliyimiz xeyriyyə yarmarkasında iştirak edib - FOTO

Tacikistandakı səfirliyimiz xeyriyyə yarmarkasında iştirak edib - FOTO

Hazırda oxunan: Tacikistandakı səfirliyimiz xeyriyyə yarmarkasında iştirak edib - FOTO
226370
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dekabrın 21-də Tacikistanın Düşənbə şəhərində xeyriyyə yarmarkası təşkil olunub.

Bizim.Media xəbər verir ki, tədbirdə Tacikistan Respublikasının xarici işlər naziri Sirociddin Muhriddin açılış nitqi ilə çıxış edib və ölkələrin pavilyonları ilə tanış olub.

Tacikistanda akkreditə olunmuş bir neçə diplomatik nümayəndəliklə yanaşı, Azərbaycan Respublikasının səfirliyi də tədbirdə fəal iştirak edib.

Azərbaycan Respublikasının Tacikistandakı səfiri Əlimirzamin Əskərov səfirlik tərəfindən satışa çıxarılan məhsullar barədə nazirə məlumat verib.

Tədbirdə, ölkəmizin milli incəsənət, sənətkarlıq və sənaye məhsulları, Azərbaycan milli mətbəxindən və şirniyyatlarından nümunələr, suvenirlər, səfirlik tərəfindən tacik dilinə tərcümə edilmiş kitablar, o cümlədən ölkənin turizm imkanları haqqında məlumatlar tədbirin qonaqlarına təqdim olunub.

Tacikistandakı səfirliyimiz xeyriyyə yarmarkasında iştirak edib - FOTO - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO