AFFA şikayətlə bağlı qərar verdi

AFFA şikayətlə bağlı qərar verdi

Hazırda oxunan: AFFA şikayətlə bağlı qərar verdi
224838
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Karvan” klubunun şikayəti ilə bağlı şikayətinə baxıb.

Bizim.Media xəbər verir ki, qərar qurumun rəsmi saytında açıqlanıb.

Şikayətçi “Karvan” Futbol Klubunun apellyasiya şikayəti təmin edilməyib.
 

Qərarda qeyd olunub ki,  I Liqanın VIII turu çərçivəsində keçirilən “Karvan” – “Qəbələ” oyunu bitdikdən sonra “Karvan” klubunun 7 nömrəli futbolçusu Bəhruz Teymurov hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanması, “Karvan” klubunun 300 manat cərimə edilməsi barədə AFFA İntizam Komitəsinin 3 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.


Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO