Türkiyənin nəqliyyat nazirindən Zəngilan aeroportu ilə bağlı PAYLAŞIM

Türkiyənin nəqliyyat nazirindən Zəngilan aeroportu ilə bağlı PAYLAŞIM

Hazırda oxunan: Türkiyənin nəqliyyat nazirindən Zəngilan aeroportu ilə bağlı PAYLAŞIM
216923
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Zəngilan Beynəlxalq Hava Limanının açılışının ikinci ildönümü münasibətilə Azərbaycanı təbrik edib.

Bizim.Media xəbər verir ki, bu barədə türkiyəli nazir bazar günü, oktyabrın 20-də sosial şəbəkələrdə müvafiq paylaşım edib.
 

MÖVZU İLƏ BAĞLI:

Bu gün Zəngilan Şəhəri Günüdür


Nazir Türkiyə və Azərbaycan liderlərinin erməni işğalından azad edilmiş Zəngilanda hava limanının açılış mərasimində iştirakını xatırladıb.

Türkiyəli nazir, həmçinin Zəngilan hava limanının qardaş Azərbaycanın inkişafında yeni səhifə açdığına əminliyini ifadə edib. O, mülki aviasiya sahəsində qarşılıqlı fəaliyyət sayəsində Türkiyə ilə Azərbaycan qardaşlığının daha da parlaq olacağını vurğulayıb.

Uraloğlu öz paylaşımına Zəngilan Beynəlxalq Hava Limanının fotosunu, habelə prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın hava limanının rəmzi açılışını bildirən qırmızı lenti kəsmələrinin fotoşəkillərini əlavə edib.

Türkiyənin nəqliyyat nazirindən Zəngilan aeroportu ilə bağlı PAYLAŞIM - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO