“SFA Federasiya Kuboku 2024”ün qalibləri bəlli olub - FOTO

“SFA Federasiya Kuboku 2024”ün qalibləri bəlli olub - FOTO

Hazırda oxunan: “SFA Federasiya Kuboku 2024”ün qalibləri bəlli olub - FOTO
212523
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda Yelkən Federasiyasının təşkilatçılığı və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) dəstəyi ilə keçirilən "SFA Federasiya Kuboku 2024" yarışlarının qalibləri bəlli olub.

Bizim.Media xəbər verir ki, mükafatlar "Optimist", ILCA və "Windsurf" sinifləri üzrə ən yaxşı göstəriciyə sahib olan idmançılara verilib.

Sentyabrın 19-dan start götürmüş yarışda "Open Windsurf Dostluq Kuboku"nda Elnur İsgəndərov, "ILCA 4" sinfində Fidan Ağazadə, "Optimist Junior" (12 yaşlılar) və "Optimist"də Nərgiz Məmmədova birinci yerin sahibi olub.

Mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Yelkən Federasiyasının prezidenti Qüdrət Qurbanov və ağırlıqqaldırma üzrə dəfələrlə Azərbaycan çempionatlarının qalibi olmuş Asxab Kalayev təqdim edib.

Mərasimdə “Optimist” üzrə dünya və “ILCA 4” üzrə Avropa çempionatlarında iştirak edən milli üzvlərinə, cari ildəki yay məktəbinin iştirakçılarına, komandaya yeni seçilən idmançılara, eləcə də "SFA Federasiyası Kuboku 2024"ün qaliblərinə kubok, diplom və sertifikatlar təqdim olunub.

Sonda 2023-cü ildə "SFA Federasiya Kuboku"nu qazanan idmançıların adları xatirə lövhəsinə əks olunub.

Qeyd edək ki, "SFA Federasiya Kuboku" ənənəvi olaraq 7-ci ildir təşkil olunur.

“SFA Federasiya Kuboku 2024”ün qalibləri bəlli olub - FOTO - foto 1
“SFA Federasiya Kuboku 2024”ün qalibləri bəlli olub - FOTO - foto 2
“SFA Federasiya Kuboku 2024”ün qalibləri bəlli olub - FOTO - foto 3
“SFA Federasiya Kuboku 2024”ün qalibləri bəlli olub - FOTO - foto 4
“SFA Federasiya Kuboku 2024”ün qalibləri bəlli olub - FOTO - foto 5
“SFA Federasiya Kuboku 2024”ün qalibləri bəlli olub - FOTO - foto 6
“SFA Federasiya Kuboku 2024”ün qalibləri bəlli olub - FOTO - foto 7
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO