Prezident Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra AÇILIŞINDA - FOTO

Prezident Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra AÇILIŞINDA - FOTO

Hazırda oxunan: Prezident Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra AÇILIŞINDA - FOTO
212248
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiymiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edib.

Bizim.Media xəbər verir ki, Üzeyir Hacıbəylinin evi XIX əsrdə inşa olunub. 1959-cu ildə bina ev-muzeyi kimi fəaliyyətə başlayıb.

Görkəmli bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi Üzeyir Hacıbəylinin ev-muzeyi Şuşa şəhəri işğal edilən tarixədək fəaliyyət göstərib. Muzeydə Hacıbəylilər ailəsinə məxsus ev əşyaları, həmçinin bəstəkarın şəxsi əşyaları, fotomateriallar, kitablar - ümumilikdə 1700 eksponat qorunub saxlanılırdı. Şuşa şəhəri ermənilər tərəfindən işğal edildikdən sonra muzey fəaliyyətini dayandırmış, eksponatları talanmış, binası isə dağıdılmışdı. Muzeyin mövcud 1700 eksponatından yalnız 136-sını qorumaq mümkün olmuşdu.

Muzey binasında aparılan bərpa işlərinin yekununda yeni ekspozisiya yaradılıb. Burada muzeyin konsepsiyası üzrə Üzeyir Hacıbəylinin ev-muzeyinin xilas edilən eksponatları nümayiş olunur.

Dövlətimizin başçısının Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışından olan görüntülərini təqdim edirik:

Prezident Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra AÇILIŞINDA - FOTO - foto 1
Prezident Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra AÇILIŞINDA - FOTO - foto 2
Prezident Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra AÇILIŞINDA - FOTO - foto 3
Prezident Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra AÇILIŞINDA - FOTO - foto 4
Prezident Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra AÇILIŞINDA - FOTO - foto 5
Prezident Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra AÇILIŞINDA - FOTO - foto 6
Prezident Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra AÇILIŞINDA - FOTO - foto 7


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO