İlham Əliyev Ağdamın Eyvazxanbəyli kəndinin TƏMƏLQOYMA MƏRASİMİNDƏ - FOTO

İlham Əliyev Ağdamın Eyvazxanbəyli kəndinin TƏMƏLQOYMA MƏRASİMİNDƏ - FOTO

Hazırda oxunan: İlham Əliyev Ağdamın Eyvazxanbəyli kəndinin TƏMƏLQOYMA MƏRASİMİNDƏ - FOTO
212142
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak ediblər.

Bizim.Media xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına kənddə görüləcək işlər barədə məlumat verib.

Bildirilib ki, kəndin layihələndirilən ümumi ərazisi 300 hektara yaxındır. Baş plana əsasən, bu kənd ərazi vahidinə görə bir-birinə yaxın olan Şişpapaqlar, Kosalar və Eyvazxanbəyli kəndləri ilə birlikdə layihələndirilib.

Eyvazxanbəyli kəndində 4038 nəfərin məskunlaşdırılması planlaşdırılıb. Bu məqsədlə 1091 fərdi evin tikilməsi nəzərdə tutulub.

Burada məskunlaşacaq əhalinin sayı nəzərə alınaraq, yaşayış məhəllələrinin salınmasının birinci mərhələsi üçün 88,3 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə 1563 nəfərin köçürülməsi üçün 427 fərdi evin inşası planlaşdırılır. İnşa ediləcək evlər iki, üç, dörd və beş otaqlı olacaq.
 

Diqqətə çatdırıldı ki, kənddə məktəb binası, uşaq bağçası, inzibati bina, bayraq meydanı, tibb məntəqəsi, digər xidməti obyektlərin tikintisi və istirahət parkının salınması planlaşdırılıb. Əhalinin məşğulluğunun təmin edilməsi üçün zəruri tədbirlər də görüləcək.
 

Prezident İlham Əliyev Eyvazxanbəyli kəndinin təməlini qoyub.

İlham Əliyev Ağdamın Eyvazxanbəyli kəndinin TƏMƏLQOYMA MƏRASİMİNDƏ - FOTO - foto 1
İlham Əliyev Ağdamın Eyvazxanbəyli kəndinin TƏMƏLQOYMA MƏRASİMİNDƏ - FOTO - foto 2
İlham Əliyev Ağdamın Eyvazxanbəyli kəndinin TƏMƏLQOYMA MƏRASİMİNDƏ - FOTO - foto 3
İlham Əliyev Ağdamın Eyvazxanbəyli kəndinin TƏMƏLQOYMA MƏRASİMİNDƏ - FOTO - foto 4
İlham Əliyev Ağdamın Eyvazxanbəyli kəndinin TƏMƏLQOYMA MƏRASİMİNDƏ - FOTO - foto 5


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO