Qızını öldürmək istəyən atanın məhkəməsi: "Əxlaqsız şəkillərimi görüb məni bıçaqladı"

Qızını öldürmək istəyən atanın məhkəməsi: "Əxlaqsız şəkillərimi görüb məni bıçaqladı"

Hazırda oxunan: Qızını öldürmək istəyən atanın məhkəməsi: "Əxlaqsız şəkillərimi görüb məni bıçaqladı"
207573
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda qızını öldürməyə cəhddə təqsirləndirilən Rəfail Cavadovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media unikal-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Rəna Cavadova ifadə verib.

O bildirib ki, təqsirləndirilən şəxs onun atasıdır:

"Mənim telefonumda müəyyən əxlaqsız şəkillərimi görüb. Həmin şəkilləri özü üçün götürmüşdü. Mən də şəkilləri onun telefonunda gördüm. Şəkillərimi heç yerdə paylaşmamışdım. Atam mənə bıçaqla xəsarət yetirəndə yanımızda heç kim yox idi. Mən üzümü tutmuşdum, 5 bıçaq zərbəsi vurub mənə. Sonra isə qonşu gəldi. Atamla bağlı heç bir şikayət və tələbim yoxdur".

Məhkəmədə məlum olub ki, zərərçəkən Rəna Cavadova özündən 14 yaş balaca oğlanla sevgi yaşayıb. 6 il bundan qabaq ilk həyat yoldaşından ayrılıb. Onlarla bir binada yaşayan Mirəli Quliyev Rənanın atasına yaxınlaşaraq deyib ki, sən necə kişisən, sənin qızının lüt şəkilləri mənim oğlumun telefonundadır. Bundan sonra Rəfail Cavadov bu sözlərə dözməyərək, qızını öldürmək istəyib.

Məhkəmənin növbəti iclası sentyabrın 3-nə təxirə salınıb.
 

Qeyd edək ki, hadisə bu ilin fevralında paytaxtın Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, 1958-ci il təvəllüdlü Rəfail Cavadov qısqanclıq zəminində qızı Rəna Cavadovaya 5 bıçaq zərbəsi ilə xəsarət yetirib.


Rəfail Cavadov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldurməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Qızını öldürmək istəyən atanın məhkəməsi:

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO