Polad Bülbüloğlu Azərbaycana qayıtdı, səlahiyyətlərinin icrasını DAYANDIRDI

Polad Bülbüloğlu Azərbaycana qayıtdı, səlahiyyətlərinin icrasını DAYANDIRDI

Hazırda oxunan: Polad Bülbüloğlu Azərbaycana qayıtdı, səlahiyyətlərinin icrasını DAYANDIRDI
205825
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Növbədənkənar parlament seçkilərində deputatlığa namizəd olan Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu səlahiyyətlərinin icrasını müvəqqəti dayandırıb.

Bizim.Media “modern.az”a istinadən xəbər verir ki, o, seçkiqabağı təşviqatda iştirak etmək üçün Azərbaycana gəlib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə açıqlamasında məlumatı təsdiq edib. 

"Səfir qanunvericiliyə əsasən ödənişsiz məzuniyyətdədir. Səfirlikdə müvəqqəti işlər vəkili var",- o deyib.
 

Qeyd edək ki,  Polad Bülbüloğlu 1945-ci ildə anadan olub. O, 1988-2006-cı illərdə Azərbaycanın mədəniyyət naziri olub. 2006-cı ildən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiridir. O, 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən namizədliyini irəli sürüb.


Qanunvericiliyin tələbinə görə, P.Bülbüloğlu deputat seçiləcəyi halda fövqəladə və səlahiyyətli səfir vəzifəsindən istefa verməlidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO