Zelenski erməni naziri Arsen Avakovun göstərişi ilə Azərbaycandan üz döndərdi ?

Zelenski erməni naziri Arsen Avakovun göstərişi ilə Azərbaycandan üz döndərdi ?

Hazırda oxunan: Zelenski erməni naziri Arsen Avakovun göstərişi ilə Azərbaycandan üz döndərdi ?

2052

Çoxlarına sirr deyil ki, Ukrayna prezidenti Vladimir Zelenski hər zaman özünü Azərbaycana “dost” kimi qələmə verir. Digər tərəfdən isə o, erməni diasporasının apardığı təbliğatın təsiri altına düşərək, ikibaşlı oyun oynayır.

Bizim.media xəbər verir ki, bu barədə Ukraynanın “zn.ua” portalının müxbiri Vladimir Kravçenko “Prezident sözü” məqaləsində qeyd edib.

Onun sözlərinə görə, Kiyev Bakı ilə böyük bir qalmaqalın astanasındadır. O, buna səbəb kimi Zelenskinin Ukrayna ilə Azərbaycan arasında olan P-18 radiolokasiya stansiyaları üçün komponentlərin tədarükü ilə bağlı müqavilənin icrasını dayandırmaq barədə verdiyi şifahi qərarı göstərib. Kravçenko bu işdə Ukraynada böyük siyasi təsirə malik olan, ölkənin daxili işlər naziri Arsen Avakovun müstəsna rolu olduğunu bildirib.

“Ukrayna prezidenti bunu təxminən bir ay əvvəl- Azərbaycanın Qarabağda ərazi bütövlüyünü təmin etmək istiqamətində başlatdığı əməliyyatlardan sonra verib."

"Deyəsən, Zelenski Ukraynanın 2014-cü ildə bu gün Azərbaycanın üzləşdiyi durumla eyni vəziyyətdə olduğunu unudub. Bəzi məqamlara nəzər salsaq,  müqavilənin dondurulmasına heç bir səbəb olmadığını açıq-aydın görə bilərik. Çünki, müqavilədə silah tədarükü nəzərdə tutulmur, bundan başqa rəsmi Bakı BMT tərəfindən silah embarqosu altında deyil və Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir."

"Buradan da anlamaq olur ki, Ukraynanın Azərbaycanla bağlanmış müqaviləni davam etdirmək üçün bütün rəsmi əsasları mövcuddur”,- deyə müəllif öz yazısında qeyd edib.

Ukraynanın Azərbaycana silah satmasını düşünən ermənilər isə bu məsələdə birbaşa Zelenskini açıq şəkildə günahlandırır:

“Ermənilərin fikrincə, Azərbaycan ordusu Ukrayna tərəfindən silahlandırılır, baxmayaraq ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bildirib ki, Azərbaycanın əsas hərbi sursat və hərbi texnika aldığı ölkə Rusiyadır.  Görünür, Ukrayna prezidentini ermənilərin onu Azərbaycana silah vermək barədə səsləndirdikləri iddiaları qorxudub."

"Bundan başqa Zelenskinin belə bir qərar qəbul etməsinə Azərbaycan və Türkiyənin mövqelərini dəstəkləməyən Fransa və ABŞ-ın da xidməti olub”. 

Daha sonra müəllif yazısında maraqlı bir məqama da toxunub:

“Baxmayaraq ki, Qarabağda hərbi əməliyyatlar başladıqdan dərhal sonra bir çox ukraynalı siyasətçi Azərbaycana hərbi dəstək göstərilməsi barədə təkliflərlə çıxış etsələr də, Zelenski belə bir məsələnin gündəlikdə olmadığını bəyan edib. Ən maraqlısı isə hərbi avadanlıq hissələrinin Azərbaycana göndərilməməsi ilə bağlı prezident Zelenski tərəfindən  hər hansı bir rəsmi sənədin olmamasıdır.  Buradan belə anlamaq olar ki, Zelenski bundan çəkinib, axı onun rəsmi Bakıdan 300 milyon dollar borc almaq arzusu var."

"Buradan da belə anlamaq olur ki, yoldaş Vladimir bir oxla iki quş vurmaq istəyib. O, həm Azərbaycanla mövcud olan əməkdaşlığını qoruyub saxlamaq, həm də ermənilərin təzyiqlərdən yaxa qurtarmaq istəyib. Mövcud situasiya onu bir daha sübut edir ki, Ukraynada dövlət idarəçiliyində hələ də qeyri-müəyyənlik hökm sürür”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO