Ucarda ağır QƏZA: Ölən və xəsarət alanlar var – YENİLƏNİB/FOTO  

Ucarda ağır QƏZA: Ölən və xəsarət alanlar var – YENİLƏNİB/FOTO  

Hazırda oxunan: Ucarda ağır QƏZA: Ölən və xəsarət alanlar var – YENİLƏNİB/FOTO  
199921
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Ucar rayonunun Müsüslü kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. 

Bizim.Media xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar. 

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Kia” markalı minik avtomobili idarəetməni itirərək yol kənarına aşıb, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. 

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

*** 15:29

Ucarda ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, "KİA" markalı minik maşını həmin yolda hərəkətdə olarkən idarəetmədən çıxıb.

Nəticədə avtomobil yol kənarındakı beton lövhəyə çırpılıb. Qəza zamanı bir qadın hadisə yerində həyatını itirib, 2 nəfər isə ağır bədən xəsarəti alaraq Ucar Rayon Mərkəzi xəstəxanasına aparılıb.
Hazırda faktla bağlı araşdırma aparılır. 

Ucarda ağır QƏZA: Ölən və xəsarət alanlar var – YENİLƏNİB/FOTO   - foto 1

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO