Rusiyalı senator Aleksey Puşkov Facebook və “İnstagram”ın fərdi məlumatları qorumaq üçün pullu abunə tətbiq edə biləcəyi barədə mətbuatda yayılan məlumatlara münasibət bildirib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.
Federasiya Şurasının üzvü deyib ki, Facebook uzun müddətdir ki, Amerika kəşfiyyat xidmətlərinin bir bölməsi kimi fəaliyyət göstərir.
"İstifadəçilərin əksəriyyəti bu mesencerin adi rahatlığı üçün şəxsi məlumatlarını mübadilə etməyə hazırdır. Və qətiyyən izlənilməsinin fərqinə varmırlar" deyə senator Telegram kanalında yazıb.
Eyni zamanda o, sosial şəbəkənin dağılacağını proqnozlaşdırmağın hələ tez olduğunu deyib.
İOS-un yenilənmiş versiyasının buraxılmasından sonra Facebook və İnstagram yeni Tətbiq İzləmə Şəffaflığı xüsusiyyəti sayəsində istifadəçilərinə fərdi məlumatların toplanması barədə məlumat verməyə başlayıb. Sosial şəbəkələrin nümayəndələri onun sayəsində tətbiqetmələrin pulsuz qala biləcəyini söyləyib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:47 / 03.05.2021
“Facebook ABŞ kəşfiyyat xidmətlərinin bir bölməsidir” – Rusiyalı senator
Hazırda oxunan: “Facebook ABŞ kəşfiyyat xidmətlərinin bir bölməsidir” – Rusiyalı senator
Hazırda oxunan: “Facebook ABŞ kəşfiyyat xidmətlərinin bir bölməsidir” – Rusiyalı senator
19948
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.