O'Brayen İrəvanda Zəngəzur dəhlizinin açılmasına işarə vurdu

O'Brayen İrəvanda Zəngəzur dəhlizinin açılmasına işarə vurdu

Hazırda oxunan: O'Brayen İrəvanda Zəngəzur dəhlizinin açılmasına işarə vurdu

196735

“Biz Mərkəzi Asiyadan Aralıq dənizinə qədər regionda davamlı sülhün bərqərar olması, iqtisadi imkanların genişləndirilməsi səylərini təşviq edirik. Ermənistanla Azərbaycan arasında davamlı sülh yaranarsa, bu imkanlar daha da genişlənəcək. Bu baxımdan biz səylərə töhfə verməkdən məmnunuq”.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bunu İrəvan şəhərində, Ermənistan və ABŞ arasında Strateji Dialoqun yekun iclasının açılışında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms O'Brayen deyib.

"News.am" saytı bu materiala belə postskriptum (P.S.) yazıb:

"Nəzərinizə çatdıraq ki, dövlət katibinin müavininin qeyd etdiyi “Mərkəzi Asiyadan Aralıq dənizinə qədər iqtisadi imkanlar” Orta Dəhlizə bir işarədir. Söhbət isə Türkiyədən Azərbaycana, Naxçıvan (MR) və Ermənistanın Zəngəzur (Sünik) vilayətindən keçən yoldan gedir. Bakı və Ankara “Zəngəzur dəhlizi”nə xüsusi statusun verilməsini tələb edirlər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO