Azərbaycanın yenidən baxılan 2024-cü il dövlət büdcəsinin gəlirləri ilə bağlı proqnoz 34 milyard 173 milyon manatdan 36 milyard 353 milyon manata, xərcləri ilə bağlı proqnoz isə 36 milyard 763 milyon manatdan 39 milyard 707,3 milyon manata çatdırılacaq.
Bizim.Media xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaydığı 2024-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsində əksini tapıb.
Məlumata görə, büdcəyə yenidən baxılmanı şərtləndirən amillər aşağıdakılardır:
- Böyük Qayıdış Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün əlavə maliyyə təminatının yaradılması;
- Ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərqərar edilməsindən sonrakı dövrdə də dövlətin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin möhkəmləndirilməsi, ordumuzun hərbi sursat və maddi-texniki təchizatının müasirləşdirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi üçün əlavə maliyyə təminatının yaradılması;
- Bir sıra yeni infrastruktur layihələrinin (avtomobil yollarının tikintisi, elektrik şəbəkəsinin gücləndirilməsi, suvarma və irriqasiya sistemlərinin yaxşılaşdırılması və s.) həyata keçirilməsi, habelə beynəlxalq fəaliyyət və tədbirlər üzrə xərclər, dəmiryol vasitəsilə şəhərətrafı sərnişin daşınması və digər daşımalar üzrə subsidiyaların verilməsi, nəqliyyat vasitələrinin utilizasiyası fondunun xərcləri və digər zəruri əsaslı alışlar üzrə əlavə maliyyə təminatının yaradılması.
Maliyyə Nazirliyinin məlumatına görə, əlavə maliyyə təminatının yaradılması üçün cari ilin büdcə gəlirlərinin mövcud vəziyyəti və dinamikası etibarlı zəmin yaradır.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
23:52 / 24.05.2024
Dövlət büdcəsinin gəlirləri və xərcləri ilə bağlı artım proqnozu AÇIQLANIB
Hazırda oxunan: Dövlət büdcəsinin gəlirləri və xərcləri ilə bağlı artım proqnozu AÇIQLANIB
Hazırda oxunan: Dövlət büdcəsinin gəlirləri və xərcləri ilə bağlı artım proqnozu AÇIQLANIB
193921
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.