“Kalyari”nin baş məşqçisi Klaudio Ranyeri peşəkar karyerasını bitirmək qərarına gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə 72 yaşlı mütəxəssis klub saytına açıqlamasında bildirib.
Ranyeri 2022-ci ilin dekabr ayından rəhbərlik etdiyi İtaliya klubundan 2023/24 mövsümünün sonunda ayrılacaq.
“Kalyari” İtaliya A Seriyasında hazırda 15-ci yerdədir və elitadakı yerini qoruyub. Məşqçilik karyerası ərzində Ranyeri “Lester Siti”yə rəhbərlik edərkən (2015/16 mövsümü) İngiltərə çempionu olub.
1995/96 mövsümündə “Fiorentina”nın baş məşqçisi postunu tutan Ranyeri İtaliya kubokunun qalibi olub. 1996/1997 mövsümündə “bənövşəlilər”lə birlikdə mütəxəssis İtaliya Superkubokunu qazanıb.
Ranyeri həmçinin “Valensiya”nın baş məşqçisi kimi İspaniya kubokunu (1998/1999), İntertoto kubokunu (1998) və UEFA Super Kubokunu (2004) qazanıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
23:43 / 22.05.2024
Məşhur italiyalı məşqçi karyerasını başa vurdu
Hazırda oxunan: Məşhur italiyalı məşqçi karyerasını başa vurdu
Hazırda oxunan: Məşhur italiyalı məşqçi karyerasını başa vurdu
193559
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.