Lənkəranda inəyi vuran avtomobil yandı

Lənkəranda inəyi vuran avtomobil yandı

Hazırda oxunan: Lənkəranda inəyi vuran avtomobil yandı

190200

Lənkəranda avtomobil yanıb.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə rayonun Darquba kəndi ərazisində baş verib. 

Astara rayon sakini 1997 - ci il təvəllüdlü Aslan Mürsəl oğlu Rzazadə idarə etdiyi "VAZ-2106" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən yolda olan inəyi vurub.

Zərbənin təsirindən maşın yanıb. Ətrafdakıların köməyi ilə maşında olanlar çıxarılıb. Əraziyə FHN-nin Lənkəran yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi, eləcə də təcili tibbi yardım briqadası cəlb olunub.

Xəsarət alanlara yardım göstərilib və Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Görülən tədbirlərə baxmayaraq nəqliyyat vasitəsi tam yanıb.
Araşdırma aparılır.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO