Qaxda yol kənarındakı çinarların kəsilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA – FOTO/VİDEO 

Qaxda yol kənarındakı çinarların kəsilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA – FOTO/VİDEO 

Hazırda oxunan: Qaxda yol kənarındakı çinarların kəsilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA – FOTO/VİDEO 
187904
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bir neçə gün əvvəl Bakı-Balakən yolunun Qax rayonunun Şotavar kəndindən keçən hissəsində diqqətimizi yol kənarı boyunca düzülmüş çinar ağaclarının yarıdan kəsilməsi çəkdi.
Sözügedən prosesin hansı səbəbdən aparıldığını öyrənmək üçün Qax rayonunun Qorağan icra nümayəndəliyinə müraciət etdik. Nümayəndəlikdən Bizim.Media-nın sorğusuna cavab olaraq, ağacların budanması prosesinin yerli Yol və Ekologiya İdarələri tərəfindən aparıldığı bildirildi.

Mövzu ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli isə qeyd edib ki, bu işi rayon istismar idarəsi müvafiq təşkilatlatların rəyi əsasında həyata keçirir:

"Yolboyu yaz mövsümü ilə bağlı budama işləri aparılır. Bu aidiyyatı qurumların iştirakı və verdiyi rəy əsasında həyata keçirilir. Təhlükəli ağaclar,təhlükəli budaqları varsa, budanır. Müəyyən təhlükəli ağaclar var ki, yola aşa, kiməsə xəsarət yetirə bilər. Həmin ağaclar budanır.

Hətta elə ağaclar var ki, gövdəsi 6-7 metr saxlanılmaqla budama işləri aparılır. Bütün bunlar magistral yol boyu nəqliyyat vasitələri, sürücü və sərnişinlərin rahatlığı üçün edilir. Bəzi qurumuş ağaclar isə rəy əsasında tam kəsilə bilər".
Anar Nəcəfli onu da əlavə edib ki, bu tədbirlər bütün respublika ərazisindəki magistral yollarda aparılır.
 


Qaxda yol kənarındakı çinarların kəsilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA – FOTO/VİDEO  - foto 1
Qaxda yol kənarındakı çinarların kəsilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA – FOTO/VİDEO  - foto 2
Qaxda yol kənarındakı çinarların kəsilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA – FOTO/VİDEO  - foto 3
Qaxda yol kənarındakı çinarların kəsilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA – FOTO/VİDEO  - foto 4

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO