Azərbaycanın seysmik xəritəsi 3 ilə HAZIR olacaq – Qurban Yetirmişli 

Azərbaycanın seysmik xəritəsi 3 ilə HAZIR olacaq – Qurban Yetirmişli 

Hazırda oxunan: Azərbaycanın seysmik xəritəsi 3 ilə HAZIR olacaq – Qurban Yetirmişli 

184365

“Azərbaycanda seysmik mikrorayonlaşdırma xəritəsi 2 və ya 3 ilə hazır olacaq. Yeni xəritə üzərində iş gedir və detal öyrənilmə prosesindədir”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli "Açıq qapı" günü ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə Azərbaycanın respublika üzrə 600 və 500 minlik seysmik təhlükə, eləcə də seysmik rayonlaşdırma xəritəsi var. Bunlar ümumi xarakter daşıyan xəritədir:

“Sonuncu seysmik xəritələri 2013-cü ildə tərtib etmişik. Sovetdən qalma xəritəni isə heç istifadə etmirik. Qaldı ki, yeni seysmik mikrorayonlaşdırma xəritəsinə, burada söhbət ümumidən getmir. Burada kvadratlara bölüb 250 metr-250 metr civarında tədqiqatlar aparırıq. Yəni bu tətbiq heç vaxt Azərbaycanda olmayıb. Çoxusu deyir ki, Azərbaycanın seysmik xəritəsi yoxdur. Lap var, nə verir o? O ümumi xarakter verir. Binaların tikintisi və şəhərsalma üçün ilk növbədə dediyim kimi 250 metr işi aparmaq çox əziyyətli və uzunmüddətlidir. Yapon mütəxəssisləri ilə də görüşmüşük və kompleks tədqiqatlar aparılır”. 

Qurban Yetirmişli əlavə edib ki, yeni seysmik xəritənin hazırlanmasında Respublika Seysmoloji Xidmət deyil, Fövqəladə Hallar Nazirliyinin  institutları, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də aidiyyəti üzrə hər bir təşkilat iştirak edir:

“Bu il işlərə başlanacaq və tərtib ediləcək xəritə mikroseysmikrayonlaşdırmanın detal öyrənilmə xəritəsi olacaq. İnşallah işlərin 2 və ya 3 ilə yekunlaşacağı gözlənilir. İşin başında Fövqəladə Hallar Nazirliyi ilə yapon mütəxəssisləri dayanır”.  

Məhərrəm Əliyev, Nicat Niftəliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO