Böyük Britaniyanın Azərbaycandakı səfiri və səfirliyin əməkdaşları Novruz bayramını qeyd ediblər.
Bizim.Media xəbər verir ki, səfir Fergus Auld bununla bağlı "X" hesabında video paylaşıb.
O, paylaşımda qeyd edib:
"Səfirliyin və Britaniya Şurasının əməkdaşları ilə bayramı qeyd etdik. Novruz bayramınız mübarək!"
Səfir və səfirliyin əməkdaşları boyalı yumurta döyüşdürüb, tonqal ətrafında "Yallı" gedib, tonqal üzərindən atlayıblar.
Bizim.Media