Buraxılış imtahanının nəticələri nə vaxt açıqlanacaq? – RƏSMİ AÇIQLAMA 

Buraxılış imtahanının nəticələri nə vaxt açıqlanacaq? – RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Buraxılış imtahanının nəticələri nə vaxt açıqlanacaq? – RƏSMİ AÇIQLAMA 
181002
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi 3 mart tarixində (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. 30 şəhər və rayonda təşkil olunan imtahanda 52 mindən artıq şəxs iştirak edib. 

Bizim.Media xəbər verir ki, “modern.az” buraxılış imtahanının nəticələrinin nə vaxt elan ediləcəyini öyrənmək üçün Dövlət İmtahan Mərkəzi ilə əlaqə saxlayıb.  

Qurumun mətbuat katibi Xanlar Xanlarzadə açıqlamasında bildirib ki, martın 4-dən etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq: 

“İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur. Xatırladaq ki, buraxılış imtahanlarında ilk dəfə olaraq imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib. 

İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) doğru cavab etalonları da imtahandan dərhal sonra Mərkəzin saytına yerləşdirilib".
Qeyd edək ki, ötən il keçirilən buraxılış imtahanlarının da cavabları imtahan günündən təxminən 1 ay sonra açıqlanmışdı. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO