
- A-
- A
- A+
Cəmiyyət
08:20 / 04.03.2024
1 dəq oxunma
Göyçayda avtomobil su kanalına düşdü: 3 ölü, 1 yaralı var - FOTO
Hazırda oxunan: Göyçayda avtomobil su kanalına düşdü: 3 ölü, 1 yaralı var - FOTO
180956
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Göyçayda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə gecə saatlarında Göyçay-Ucar avtomobil yolunda qeydə alınıb.
KİA markalı avtomaşının sürücüsü həmin yolda hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq su kanalına düşüb. Hadisə zamanı 3 nəfərin öldüyü, bir nəfərin isə ağır yaralandığı bildirilir.
Hadisə yerinə təcili tibbi yardım maşını və hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub. Bir nəfərin meyiyi sudan, digərlərinin isə avtomobildən çıxarılıb.
Hadisədə ağır yaralanan şəxs əvvəlcə Ucar rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Aran bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün





































































































