“Neftçi” “Qarabağ”la oyuna itkilərlə çıxacaq

“Neftçi” “Qarabağ”la oyuna itkilərlə çıxacaq

Hazırda oxunan: “Neftçi” “Qarabağ”la oyuna itkilərlə çıxacaq

180521

"Neftçi" Azərbaycan Premyer Liqasının 25-ci turunda öz meydanında "Qarabağ"ı qəbul edəcək.

Bizim.Media-ya klubdan verilən məlumata görə, Azərbaycan derbisi ərəfəsində "ağ-qaralar"ın heyətində 2 itki var. 

Uzun müddətdir zədəli olan Emil Balayev və Ataa Caber "Qarabağ"a qarşı oynamayacaq. Digər zədəli oyunçular isə artıq komandaya qoşulub və kollektivlə birlikdə məşq edir.

Qeyd edək ki, "Neftçi" - "Qarabağ" qarşılaşması 3 mart tarixində, saat 19:00-da "Neftçi Arena"da baş tutacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO