Qriqori Karasin: “Seçkilər mükəmməl təşkil edilib”

Qriqori Karasin: “Seçkilər mükəmməl təşkil edilib”

Hazırda oxunan: Qriqori Karasin: “Seçkilər mükəmməl təşkil edilib”
177031
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Biz səhər tezdən bir neçə seçki məntəqəsində olduq və insanların səs vermək əhval-ruhiyyəsinin necə olduğunu gördük. Mən seçicilərin gözündəki nikbinliyi və onların hansısa mücərrəd gücə və ya rəqəmə yox, gələcəkdə onlara, onların övladlarına, nəvələrinə sabit, buludsuz bir həyat bəxş edəcək prezidentə səs verdiklərinin təcəssümünü gördüm”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri, Federasiya Şurasının Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə missiyasının rəhbəri Qriqori Karasin “Moskva-Baku.ru”-ya müsahibəsində deyib. 

“Eyni zamanda, seçkilərin demək olar ki, mükəmməl təşkilini qeyd etmək istərdim. Seçkilər beynəlxalq müqavilələrə tam uyğun şəkildə təşkil edilib. Açığı heyran qaldıq.

Martda Rusiyada prezident seçkilərinin keçiriləcəyini nəzərə alaraq, Azərbaycandakı seçkilərin təşkilinin bəzi formalarından nümunə götürməyə çalışmalıyıq”.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO