Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turniri davam edir.
Bizim.Media xəbər verir ki, bu gün Azərbaycanın daha 7 idmançısı qüvvəsini sınayacaq.
Yarışın üçüncü günündə yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaqlar. Baş məşqçi Aleksandr Tarakanovun rəhbərlik etdiyi komandanın 4 üzvü xalça üzərinə çıxacaq. Sənan Süleymanov, Xasay Həsənli (hər ikisi 77 kq), İslam Abbasov və Rafiq Hüseynov (hər ikisi 87 kq) çempionluq uğrunda mübarizə aparacaqlar.
Qadınların yarışında isə Alyona Kolesnik (59 kq), Birgül Soltanova (62 kq) və Elis Manolova (68 kq) öz çəkilərinin ən güclüsü olmağa çalışacaqlar.
Qeyd edək ki, 3 sərbəst güləşçi - Əliabbas Rzazadə, Nurəddin Novruzov (hər ikisi 61 kq) və Cəbrayıl Qadjiyev (74 kq) “Zaqreb Open”də bürünc medal qazanıblar.
Bizim.Media
- A-
- A
- A+
İdman
09:45 / 12.01.2024
Yunan-Roma güləşçilərimiz bu gün Zaqrebdə mübarizəyə qoşulacaq
Hazırda oxunan: Yunan-Roma güləşçilərimiz bu gün Zaqrebdə mübarizəyə qoşulacaq
Hazırda oxunan: Yunan-Roma güləşçilərimiz bu gün Zaqrebdə mübarizəyə qoşulacaq
173049
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.